UEFA Gənclər Liqasında keçiriləcək "Qəbələ" – "Herta" (Almaniya) oyununa təyinatlar müəyyənləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, çempionlar yolunun II mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutacaq görüşün hakimləri, hakim-inspektor və UEFA nümayəndəsi bəlli olub.

Noyabrın 7-də keçiriləcək oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Qəbələ şəhər stadionundakı görüşün baş hakimi Daniyar Saxi, onun köməkçiləri isə Rustam Matyakubov və Maral Abdikerov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Azərbaycan təmsilçisi İnqilab Məmmədov yerinə yetirəcək.

Matça AFFA-nın Hakimlər Departamentinin sədri Fritz Stuxlik hakim-inspektor, monteneqrolu Aleksandra Ana Raspopoviç isə UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, noyabrın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Herta" oyunu saat 17:00-da başlayacaq.

 

UEFA Gənclər Liqası

çempionlar yolu

II mərhələ, ilk oyun

7 noyabr

17:00. "Qəbələ" – "Herta" (Almaniya)

Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)

UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)

Hakim-inspektor: Fritz Stuchlik (Azərbaycan)

Qəbələ şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest