Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq Marsel "Olimpik"ində çıxış etmiş Adil Ramini transfer edib. 
 
33 yaşlı müdafiəçi ilə 1+1 şərti ilə müqavilə imzalanıb.
 
Rami, karyerası ərzində "Lill", "Milan", "Sevilya" kimi klublarda da forma geyinib. 
 
Təcrübəli müdafiəçi Fransa millisinin də üzvüdü. Rami, Fransa millisi ilə Dç-2018-in qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest