"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes İtaliyaya köçməyə yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "İnter"ə keçməyə hazırlaşır.

Klublar arasında danışıqlar müsbət nəticələnmək üzrədi. "İnter" Sançesi 15 milyon avro qarşılığında icarəyə götürməyi planlaşdırır. "Neradzurra" bir ildən sonra onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

Transferin baş tutması üçün xırda detallar qalıb. Bu həftə ərzində keçidin reallaşması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest