19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına yığışacaq. Matc.az saytının məlumatına görə, komandamız avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində hazırlıq keçəcək.

Yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Toplanışa bu futbolçular dəvət edilib: Rüstam Samiqullin ("Stroqino", Rusiya), Ayhan Arazlı, Nihad Quliyev, Tural Bayramov (hamısı "Qarabağ"), Şahin Mürsəl ("Viedenbrük", Almanya), Nihad Qurbanlı, Turan Vəlizadə, İsmayıl Zülfüqarlı (hamısı "Neftçi"), Murad Məmmədov, Ədilxan Qarəhmədov (hər ikisi "Səbail"), Əmrə Kaplan ("Başakşəhər", Türkiyə), Murad Bağırov ("Sabah"), Xəyal Muradov, Samir Məhərrəmli, İdris İnqılablı, Veysəl Rzayev (hamısı "Qəbələ"), Elnur İbrahimov ("Spartak Akademiya", Rusiya), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi "Sumqayıt"), Samir Qurbanov ("Viktoriya Jijkov", çexiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest