"Qarabağ"dan ayrılan Vild-Donald Gerye Haiti millisindən də kənarda qalıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, sol cinah müdafiəçisi KONKAKAF Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kuraçao ilə keçiriləcək ilk görüşə dəvət almayıb.

Baş məşqçi Mark Kollat may ayından bəri heç bir oyunda iştirak etməyən və hazırda klubsuz qalan Geryenin oyun praktikasından əziyyət çəkdiyi üçün sentyabrın 10-dakı qarşılaşmadan kənarda qaldığını söyləyib. Futbolçu özü də yerli mətbuata açıqlamasında çalışdırıcının doğru qərar qəbul etdiyini vurğulayıb.

Qeyd edək ki, Gerye yay fasiləsində "Qarabağ"la yeni müqaviləyə razılıq versə də, sonradan daha yüksək maaş təklif etdiyi üçün Ağdam klubu ondan imtina etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest