"Gənc oyunçu kimi qulaqlarımı açmaq və öyrənmək, eyni zamanda özümü təsdiqləmək arasında tarazlıq yaratmalıyam". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının yarımmüdafiəçisi Co Morrell deyib.

22 yaşlı futbolçu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək matçda debüt edə bilər. İlk dəfə Uels yığmasına çağırılan Morrell yerli mətbuata açıqlamasında sevincini gizlətməyib: "Milliyə çağırıldığımı ilk olaraq anam mənə dedi. O, danışanda sevincindən ağlayırdı. İnana bilmirdim, sonra interneti açıb, orda da siyahıya baxdım. Amma bu, hələ ilk addımdı. Millidə artıq görəcəyin işlər fərqli olur. Millinin bəzi oyunçuları ilə eyni klubda çıxış etmişəm. Beyl və Remsini şəxsən tanımadığım üçün onlarla görüşməyi səbirsizliklə gözləyirəm".

"Linkoln"un oyunçusu debüt oyununda qələbə qazanmaq arzusu ilə alışıb-yandığını söyləyib: "Təəssüf ki, seçmə mərhələyə elə də uğurlu start götürə bilməmişik. Ancaq hələ də heç nə itirmədiyimizi deməliyəm. Azərbaycana qalib gəlməklə vəziyyəti bir qədər düzəldə bilərik. Bu matçı səbirsizliklə gözləyirəm. çünki debüt etmək imkanım var. Debütümün uğurlu olması üçün qələbə şərtdi. Belə olarsa, bu qarşılaşma daim yaddaşımda qalacaq".

Qeyd edək ki, Uels - Azərbaycan matçı sentyabrın 6-da Kardiffdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest