Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi toqolu hücumçu Emmanuel Adebayoru transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 35 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
 
Toqo yığmasının sabiq üzvü geridə qalan mövsümü Türkiyənin digər Super Liqa klubu "Başakşəhər"də keçirib. O, ötən mövsüm 19 oyuna çıxıb, 3 qol vurub.
 
Adebayor karyerası ərzində "Mets", "Monako", "Arsenal", "Mançester Siti", "Real", "Tottenhem" və "Kristal Pelas" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest