"Neftçi"nin klub rəhbərliyini, məşqçilər korpusunu istefaya səsləyən azarkeşləri növbəti dəfə stadiondan çıxarılıb. Matc.az xəbər verir ki, "Neftçimania"nın bir qrup üzvü bu gün keçirilən Premyer Liqanın 2-ci turunun "Zirə" ilə səfər matçında müxtəlif şüarlar səsləndiriblər.
 
27-ci dəqiqədə meydan sahiblərinin hesabı açmasından sonra etiraz şüarlarının sayını daha da artıran fanatlara polislər yaxınlaşıb. Onlara "istefa" şüarları səsləndirəcəkləri halda arenadan çıxarılacaqları bildirilib. Fanatlar da öz növbəsində fasiləyə qədər rəhbərliyi, məşqçiləri istefaya səslədikdən sonra arenanı tərk edmək məcburiyyətində qalıblar. Belə ki, ikinci hissədə "Neftçimania"nın üzvləri tribunadakı yerlərini almayıblar.
 
Xatırladaq ki, "Neftçimania" üzvləri ötən tur keçirilən "Sabah"la ev oyununda da ilk hissədəki istefa şüarlarına görə fasilədə polis tərəfindən arenadan çıxarılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest