İlk dəqiqələrdən klub rəhbərliyi, baş məşqçi əleyhinə müxtəlif şüarlar səsləndirən "Neftçi" fanatları 27-ci dəqiqədə "Zirə"nin vurduğu qola da seviniblər. Həmin qolu alqışlarla qarşılayan "Neftçimania" üzvləri "Bir daha, bir daha" deyə şüarlar səsləndiriblər.

"Neftçi" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Zirə" ilə qarşılaşır. Matc.az xəbər verir ki, oyunun keçirildiyi Zirə İdman Kompleksinin stadionunda yerli azarkeşlərlə yanaşı, bir qrup "Neftçi" fanatı da var. 
 
Amma "Neftçimania" azarkeş qrupunun təxminən 15-20 nəfərlik üzvünün "ağ-qaralar"a dəstək verdiyini söyləmək olmaz.
 
İlk dəqiqələrdən klub rəhbərliyi, baş məşqçi əleyhinə müxtəlif şüarlar səsləndirən "Neftçi" fanatları 27-ci dəqiqədə "Zirə"nin vurduğu qola da seviniblər. Həmin qolu alqışlarla qarşılayan "Neftçimania" üzvləri "Bir daha, bir daha" deyə şüarlar səsləndiriblər.
 
"Neftçi" fanatları tez-tez "Rədd olun, gedin", "Good bye, Bordin",  (Sağ ol, Bordin), "Kamran, istefa" deyə şüarlar səsləndirirlər.
 
Hazırda qarşılaşma "Zirə"nin 1:0 hesablı üstünlüyü ilə davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest