21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bosniya və Herseqovina ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri dəqiqləşib. Matç.az saytı xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovina Futbol Federasiyasının Zenitsa şəhərindəki təlim-məşq mərkəzində baş tutacaq.

Noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Rəşad Sadıqovun yetirmələri bundan 4 gün əvvəl daha bir yoxlama matçında qüvvəsini sınayacaq. Komandamız noyabrın 15-də, saat 20:00-da, "Dalğa Arena"da Ukrayna komandası ilə qarşılaşacaq

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest