"Yuventus" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçin keçidində israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Turin təmsilçisi xorvatiyalı futbolçu üçün qarşı tərəfə növbəti təklifini edib.

"Qoca sinyora" orta sahə oyunçusunun müqabilində ispanlara yarımmüdafiəçisi Əmrə Canı təklif edib. Lakin onların bu istəyi rədd edilib.

Əmrə Can özü də "Yuve"də qalmaq fikrində deyil. Almaniya millisinin üzvü hazırda "Bavariya" və PSJ-nin diqqət mərkəzindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest