"Real"ın yarımmüdafiəçisi Hames Rodriges komandanı tərk edə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Milan" ulduz futbolçunun xidmətində maraqlıdı.

"Bavariya"dan döndükdən sonra "kral klubu"na qoşulan Kolumbiya millisinin üzvünün aqibəti hələ də müəyyənləşməyib. "Rossonyerlər" "Atletiko"lu Anxel Korrea ilə anlaşa bilməsə, Hames üçün "Real"ın qapısını döyəcək. İtalyanların direktoru Zvonimir Boban bu iki oyunçudan birinin keçidini həll etmək üçün hazırda İspaniyadadı.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan Hamesin komandada qalacağını istisna etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest