"Kəpəz" və "Simurq"un sabiq futbolçusu Kristap Qrebis karyerasını bitirməyə hazırlaşır. Matç.az saytının Latviya mətbuatına istinadən məlumatına görə, 38 yaşlı hücumçu həftəsonu vida görüşünə çıxacaq.

ölkəsində "Liepaya" klubunun formasını geyinən Qrebis Latviya çempionatının son turunu gözləmək fikrində deyil. O, vida mərasimini sonuncu ev matçında keçirmək fikrindədi. Bu üzdən noyabrın 4-də "Liepaya" – "Spartak" qarşılaşması Qrebisin axırıncı peşəkar oyunu olacaq.

Qeyd edək ki, 2000-ci ildən bəri peşəkar futbolla məşğul olan Kristap Qrebis 2011-2012-ci illərdə ölkəmizdə "Kəpəz" və "Simurq"un formasını geyinib. O, Latviya millisində də 13 matçda iştirak edib, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest