Futbol üzrə Albaniya çempionatında 2019/20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun bu yay transfer olunduğu "Biliş" də yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Teuta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Eltun də bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov Super Liqada debüt edib. 22 yaşlı müdafiəçi 56-cı dəqiqədə əvəzlənib.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu bu yay "Sabah"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest