Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın "Volfsburq" klubunun kamerunlu hücumçusu Pol-Jorj Ntep de Madibanı heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvard 1 illik icarəyə götürülüb. Madiba ötən mövsümü icarədə əsasında Fransanın "Sent-Etyen" klubunda keçirib. Kamerun yığmasında da oynamış futbolçu daha öncə "Oser" və "Renn" klublarında da çıxış edib. O, "Volfsburq"a 2017-ci ildə transfer olunub
 
"Kayserispor" İsveçrənin "Sion" klubunda forma geyinən braziliyalı yarımmüdafiəçi Adrian Tavaresi də 1 illik icarəyə götürüb. "Flamenqo"nun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində "Kalyari", "Lids", "Nant" klublarında da çıxış edib. 2017-ci ildən "Sion"da çıxış edən yarımmüdafiəçi, ötən mövsüm 20 oyuna çıxıb, 7 qolla yadda qalıb.
 
Kayseri təmsilçisi 21 yaşlı hücumameyyli yarımmüdafiəçi Furkan Polatı da heyətinə qatıb. "Osmanlıspor"un yetirməsi olan futbolçu ilə 5 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest