Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Mövsümün açılış oyununda son çempion "Yuventus" "Parma" səfərinə yollanıb. Turin təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.
"Napoli" isə "Fiorentina" ilə qarşılaşıb. Kifayət qədər maraqlı və məhsuldar alınan oyunun sonunda qələbəni qonaqlar bayram ediblər.
İtaliya A Seriyası
1-ci tur
24 avqust
Parma – Yuventus 0:1
Qol: Kyellini, 21.
Fiorentina – Napoli 3:4
Qol: Pulqar, 9-pen. Milenkoviç, 52. Boatenq, 65 – Mertens, 43. İnsinye, 38; 67. Kallexon, 56.
25 avqust
20:00 Udineze – Milan
22:45 Roma – Cenoa
22:45 Kalyari – Breşiya
22:45 Sampdoriya – Latsio
22:45 SPAL – Atalanta
22:45 Torino – Sassuolo
22:45 Verona – Bolonya
26 avqust
22:45 İnter – Leççe