Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

"çelsi" "Norviç" səfərinə yollanıb. Beş qolun qeydə alındığı matçda London təmsilçisi çətin qələbəyə sevinib.

"Mançester Yunayted" doğma meydanda "Kristal Pelas"la qarşılaşıb. "Qırmızı şeytanlar" Premyer Liqa tarixində ilk dəfə bu rəqibinə evdə məğlub olub.

Turun mərkəzi görüşündə "Liverpul" "Arsenal"ı qəbul edib. Meydan sahibləri bu görüşdə qonaq komanda üzrəində darmadağına seviniblər.

İngiltərə Premyer Liqası
3-cü tur

23 avqust

Aston Villa – Everton 2:0
Qol: Uesli, 21. El-Qazi, 90+5.

24 avqust

Norviç – çelsi 2:3
Qol: Kantuell, 6. Pukki, 30 – Abraham, 3; 68. Mount, 17.

Brayton – Sauthempton 0:2
Qol: Djenepo, 55. Redmond, 90+1.

Mançester Yunayted – Kristal Pelas 1:2
Qol: Ceyms, 89 – Ayyu, 32. Aanholt, 90+3.

Şeffild Yunayted – Lester 1:2
Qol: Makberni, 62 – Vardi, 38. Barnes, 70.

Uotford – Vest Hem 1:3
Qol: Qrey, 17 – Noble, 3. Haller, 64; 73.

Liverpul – Arsenal 3:1
Qol: Matip, 41. Salah, 49-pen; 59 – Torreyra, 85.

25 avqust

17:00 Bornmut – Mançester Siti
19:30 Tottenhem – Nyukasl
19:30 Vulverhempton – Bernli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest