Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild"in Şimali İrlandiya çempionatında "Uerronpoynt Taun"la bu günə nəzərdə tutulan 3-cü turun oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, Şimali İrlandiya Futbol Federasiyasının belə qərar verməsinə səbəb "Linfild"in "Qarabağ"la gələn həftə oyunu olmasıdı.
 
"Linfild" "Qarabağ"a ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab matçı avqustun 29-u Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest