Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tambov"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. Əvvəlki oyunlarda meydana çıxsa da, qol vura bilməyən millimizin forvardı bu dəfə sonadək ehtiyatda qalıb.
 
"Dinamo" 7 turdan sonra 8 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest