"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasına dəvət olunub. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində sentyabrın 7-də və 10-da Fil Dişi Sahili yığması ilə keçiriləcək oyunlara çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest