Bir müddət əvvəl futbolçu karyerasını bitirdiyini açıqlayan Fernando Torres bu gün son oyununa çıxıb. Matc.az xəbər verir ki, ispan hücumçunun formasını geyindiyi Yaponiyanın "Saqan Tosu" klubu "Vissel Kobe" ilə qarşılaşıb. 
 
Komandasının 1:6 hesabıyla uduzduğu sözügedən qarşılaşma Torresin futbolçu karyerasında sonuncu – vida oyunu olub. İspaniyalı forvard bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
 
2000-ci ildə "Atletiko" ilə müqavilə imzalayan Torres, 2007-ci ildə 38 milyon avro qarşılığında "Liverpul"a keçib. 4 mövsüm Mersisayd təmsilçisində çıxış edən hücumçu, 2011-ci ildə 58,5 milyon avro müqabilində "çelsi"yə üz tutub. "çelsi"dən sonra bir müddət "Milan"da icarə əsasında çıxış edən Torres, 2016-cı ildə "Atletiko"ya qayıdıb. O, 2018-ci ilin yayında Yaponiyanın "Saqan Tosu" klubuna transfer olunub.
 
İspaniya millisində 110 dəfə forma geyinən Torres, yığmada 38 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest