Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda "Ştutqart"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. 
 
Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə iki qol vurmuş Dmitri bu oyunda fərqlənə bilməyib. 
 
4 turdan sonra 7 xala malik "Ersgebirge" 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest