"Barselona" yarımmüdafiəçisi Oriol Busketsi icarəyə verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu Hollandiyada çıxış edəcək.

Belə ki, 20 yaşlı oyunçu mövsümü icarə əsasında "Tvente"də keçirəcək. Klublar arasında hərtərəfli razılıq əldə olunub və yalnız rəsmi müqavilənin imzalanması qalıb.

Qeyd edək ki, Oriol Buskets ötən mövsüm əsas komandada 1 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest