Türkiyə kubokunda 4-cü mərhələnin qarşılaşmaları keçirilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi" sınaqdan uğurla çıxıb.

Paytaxt təmsilçisi öz meydanında "Diyarbakırspor"la üz-üzə gəlib. Meydana start heyətində daxil olan Dəniz yalnız 88-ci dəqiqədə yerini komanda yoldaşına verib.

Məhz o əvəzləndikdən cəmi 2 dəqiqə sonra "Gənclərbirliyi" qol vuraraq, 1:0 hesablı qələbə qazanıb və mərhələ adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest