"Bavariya"nın yarımmüdafiəçisi Renato Sançes Fransaya köçməyə yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı orta sahə oyunçusu "Lill"ə keçməyə hazırlaşır.

Klublar arasında ilkin danışıqlar müsbət yekunlaşıb. Razılığa əsasən, transfer almanlara 25 milyon avro qazandıracaq. Yaxın günlərdə Fransaya yollanacaq Sançes tibbi müayinədən keçdikdən sonra "Lill" ilə 5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Renato Sançes "Bavariya"ya 2016-cı ildə "Benfika"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest