"Araz" futzal klubu növbəti transferini reallaşdırıb. Matc.az xəbər verir ki, son çempion ötən mövsümün bombardiri olmuş Hadi Rezvanla anlaşıb.

Anlaşmaya əsasən, hücumçu yeni mövsümün sonuna qədər "Araz"ın formasını geyinəcək.

Qeyd edək ki, Hadi Rezvan ötən il "Xəzər Cənub"la çempionatın gümüş medallarını qazanıb. O, 85 qolla həm də Yüksək Liqanın bombardiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest