Əfsanəvi futbolçu Devid Bekhemin sahibi olduğu "İnter Mayami" klubu "Barselona"nın hücumçusu Luis Suaresin xidmətində maraqlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gələn ildən MLS-də çıxış edəcək komanda uruqvaylı forvarda təklif göndərib.

Belə ki, onlar 32 yaşlı oyunçu ilə 4 illik müqavilə bağlamaq niyyətindədi. Həmçinin "Barselona" da Suaresi yanvarda və ya gələn ilin yayında qolçusunu satmağa hazırlaşır. Bekhemin komandası Suaresə "Barselona"da qazandığından çox maaş təklif edib.

Qeyd edək ki, "İnter Mayami"nin PSJ-nin hücumçusu Edinson Kavani ilə 3 illik müqaviləni razılaşdırdığı barədə məlumat yayılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest