"Arsenal" rəhbərliyi hücumçuları Aleksandr Lyakazett və Pyer-Emerik Obameyanqı uzun müddət komandada saxlamaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu məqsədlə londonlular forvardlarına yeni müqavilə təklif edib.

Paytaxt təmsilçisi yeni sözləşməyə oyunçuların maaşlarının artırılması bəndini də əlavə edib. Obameyanqın hazırkı müqavilə müddəti 2021-ci ilə, Lyakazettinki isə 2022-ci ilə qədərdi.

Qeyd edək ki, Lyakazett 2017-ci, Obameyanq isə 2018-ci ildə "Arsenal"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest