Futbol üzrə İsveç Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar" da bu turnirdə ilk matçına çıxıb. 
 
Elita təmsilçisi səfərdə "Rozenqard"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb. Rəqibini 2:1 hesabıyla məğlub edən "Kalmar" növbəti mərhələyə vəsiqə qazanıb.
 
Emin bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest