Futbol üzrə Rusiya Premyer Liqasında 1/32 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Rusiya 1-ci divizionunda mübarizə aparan sözügedən kollektiv Kursk "Avanqard"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb və 1/16 finala vəsiqə qazanıb.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest