Fransanın "Tuluza" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Beşiktaş"dan Nikolas İsimat-Mirini heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mirin, 2019/20 mövsümünü icarə əsasında "Tuluza"da keçirəcək.
 
"Tuluza" mövsümün sonunda klublar arasında razılaşdırılmış məbləği ödəyərək, 27 yaşlı müdafiəçinin transfer hüquqlarına sahib ola bilər.
 
"Beşiktaş" İsimat-Mirini ötən mövsümün qış fasiləsində PSV-dən transfer etmişdi. Müdafiəçi ötən mövsüm "qara qartallar"la 14 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest