"Keşlə" klubunun strukturunda kadr dəyişikliyi həyata keçirilib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Texniki Qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

İdarə Heyətinin digər qərarı ilə mətbuat xidmətinin rəhbəri vəzifəsinə Murad Axundov təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest