İtaliyanın "Roma" klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı müdafiəçisi Federiko Fasio ilə "nikah" təzələyib.
 
32 yaşlı futbolçu "canavarlar"la 2 illik yeni müqaviləyə imza atıb. Beləliklə, Fasio 2021-ci ilin yayına qədər "Roma"nın uğurları üçün çalışmağa davam edəcək.
 
Argentina millisinin sabiq üzvü 2016-cı ildən "sarı-qırmızılar"ın uğurları üçün çalışır.
 
"Roma" son bir həftə ərzində Cengiz ündər, Nikolo Zaniolo və Edin Dzeko ilə də yeni müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest