Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə yayıb.

Belə ki, İtaliyanın "Feldi Eboli" klubunun müraciəti əsasında Poletto Fabio Joze yığmanın toplanışından azad edilib.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest