AVRO-2020-nin seçmə mərəhələsində gələn ay Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasında müdafiə xətti ilə bağlı problemlər yaşanır. Mərkəz müdafiəçilərinin oyun praktikasından əziyyət çəkmələri baş məşqçi Rayan Giqqzi narahat edir.

AVRO-2020-nin seçmə mərəhələsində gələn ay Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasında müdafiə xətti ilə bağlı problemlər yaşanır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, mərkəz müdafiəçilərinin oyun praktikasından əziyyət çəkmələri baş məşqçi Rayan Giqqzi narahat edir.

"Suonsi" klubunun baş məşqçisi Stiv Kuper isə həmkarına oyunçusu Co Rodanı məsləhət görüb. O, çempionşipdə oyunlarda müntəzəm çıxış edən 22 yaşlı mərkəz müdafiəçisinin yığmaya hazır olduğunu söyləyib.

Həmçinin Rodan da Giqqzdən dəvət gözlədiyini gizlətməyib. O, əsas millidə debüt etməyə hazır olduğunu vurğulayıb: "Uelsin aşağı yaş qrupu üzrə yığmalarında oynamışam. Azərbaycanla matçda isə əsas millinin heyətində yer almaq istəyərdim. ümid edirəm ki, dəvətlilər sırasında adıma rast gələrəm".

Qeyd edək ki, Rayan Giqqzin heyəti sabah açıqlaması gözlənilir. Uels millisi sentyabrın 6-da yığmamızı "Kardiff" stadionunda qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest