İspaniyada La Liqa2 ilə bağlı qərarlarda dəyişiklik edilib. Klublar transferlər zamanı artıq maliyyə durumlarını da nəzərdən keçirməli olacaqlar. La Liqa rəhbərliyi büdcəyə uyğun olmayan transferlər zamanı klubları cəzalandırmaq qərarına gəlib.

İspaniyada La Liqa2 ilə bağlı qərarlarda dəyişiklik edilib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, klublar transferlər zamanı artıq maliyyə durumlarını da nəzərdən keçirməli olacaqlar.

Məsələ burasındadı ki, La Liqa rəhbərliyi ikinci liqada büdcəyə uyğun olmayan transferlər zamanı klubları cəzalandırmaq qərarına gəlib. Mövsüm yenicə başlamasına baxmayaraq, əksər klublar artıq bunun əziyyətini çəkməyə başlayıb. Belə ki, 7 komanda sonradan etdiyi transferləri qeydiyyatdan keçirməkdə çətinlik çəkir.

Problem yaşayanlar arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun transfer olunduğu "Albasete" də var. "Albasete"nin lisenziyasız 4 oyunçusu var idi ki, onlardan biri də məhz İsrafilovdu. Klub rəhbərliyi növbəti tura qədər məsələni yoluna qoymağa və həmin futbolçuları sifariş etməyə çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest