Azərbaycan Premyer Liqasının I turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçəyə razılaşan "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar oyundan sonra müsahibə verib. Komandasının yeganə qolunu vuran haitili futbolçu öncə oyunu şərh edib

Azərbaycan Premyer Liqasının I turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçəyə razılaşan "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar oyundan sonra müsahibə verib. Matc.az xəbər verir ki, komandasının yeganə qolunu vuran haitili futbolçu öncə oyunu şərh edib:
 
- Mövsümə niyə qələbə ilə başlaya bilmədik? Bunun səbəbini sizə indi deyə bilmərəm. Oyuna yenidən baxmalı, təhlil etməliyik. Bu nəticələrdən, oyunlardan dərs çıxarmalıyıq. Nə qədər güclü və hücumameyilli olsaq da, heç vaxt müdafiəni unutmamalıyıq.
 
- "Bney Yehuda" ilə oyunlardakı uğursuzluğun təsiri var idimi?
- Futbolda belə şeylər olur. Məğlub ola və ya qalib gələ bilərsən. Bunlar futbolun bir hissəsidi. Heç kim uduzmaq istəmir və bunu sevmir. Ancaq futbolçu buna alışmalı və öyrəşməlidi. Bu gün uduzmusansa, növbəti matça köklənməlisən. Biz də bunu edirik.
 
- "Bney Yehuda"nı keçməyə nə mane oldu? "Sperantsa" və "Arsenal"a qarşı oyunları niyə təkrarlaya bilmədiniz?
- Futbolda belə hallar olur. öz səviyyəmizdə oyun göstərmədik. İsraildə lazım olan qədər intensiv oynamadıq. Fikrimcə, əsas səbəb bu idi. ümumiyyətlə, səbəblər çox idi. Heç özüm də bilmirəm, çoxdu. Biz uduzduq, öz oyunumuzu göstərə bilmədik.
 
- Növbəti oyununuz "Zirə"yə qarşıdı. Premyer Liqada bu mövsüm ilk qələbənizi qazana biləcəksiz?
- çalışıram ki, öncədən qələbəyə söz verməyim. Söz verirəm ki, növbəti oyunda qələbə üçün əlimizdən gələni edəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest