"Arsenal"ın heyətində mövsümə möhtəşəm başlanğıc etdim. Açığı, bu qədərini gözləmirdim". Matç.az saytının məlumatına görə, bunu "Arsenal"ın yarımmüdafiəçisi Emil Smit-Rou deyib.

London klubunun yetirməsi debüt etdiyi cari mövsümdə ikinci qolunu vurub. 18 yaşlı oyunçu Avropa Liqasında "Qarabağ"la qarşılaşmadan sonra dünən də İngiltərə kubokunda "Bləkpul"la görüşdə fərqlənib.

Qarşılaşmadan sonra yerli mətbuata fikirlərini bildirən ingiltərəli futbolçu arzusuna çatdığını söyləyib: "Arsenal"la peşəkar müqavilə imzalayanda ilk arzum bu komandanın heyətində meydana çıxmaq idi. Avropa Liqasında "Vorskla" ilə qarşılaşmada debüt etdim. Sonrakı xəyalım qol vurmaq idi ki, bunu da "Qarabağ"la oyunda gerçəkləşdirdim. Həmin vaxt isə özümü çox xoşbəxt sayırdım. İngiltərə kubokunda da komandamın qələbəsinə kömək etdiyim üçün sevinirəm. Bundan sonrakı məqsədim əsas heyətin əvəzedilməz oyunçusuna çevrilmək və Premyer Liqada müntəzəm oynamaqdı".

Smit-Rou ən çox pərəstiş etdiyi futbolçunun adını da açıqlayıb. O, gələcəkdə "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne kimi olmaq istədiyini deyib: "De Bruyne möhtəşəm futbolçudu. Eyni mövqedə çıxış etdiyimiz üçün onu özümə nümunə götürmüşəm. İstəyirəm ki, mənim də onun kimi istedadım və zəngin karyeram olsun".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest