Əsas millimizin meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

O, Avropa Liqasının pley-off mərhələsinın cavab oyunu çərçivəsində "Ferensvaroş" (Macarıstan) – "Suduva" (Litva) oyununda iş başında olacaq. Belə ki, Hacı-Məhərrəmov avqustun 29-dakı qarşılaşmada UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş Budapeşt şəhərindəki "Ferensvaroş" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest