PSJ-nin hücumçusu Neymarın gələcək taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Tomas Tuxel "sambaçı"nın komandada qalmasının tərəfdarıdı.

çalışdırıcı əks təqdirdə, yeni hücumçuya ehtiyac duyacaqlarını bildirib: "Neymarın əvəzləyicisini tapmamış onu itirə bilmərik. Onu komandada saxlasaq, təkbətək mübarizələrdə üstün olan futbolçuya sahib olacağıq və bu, çox lazım olur. Hələ heç nə dəyişməyib. Transfer bazarı açıqdı, bu suala bu gün və ya sabah cavab tapılmayacaq. Neymar hələ bizə kömək edə bilmir. çünki komanda ilə məşq etməyib və zədələnmə riski böyükdü".

Qeyd edək ki, Neymarın yaxın günlərdə "Barselona"ya qayıtması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest