Avrokubokların2021-ci ildə keçiriləcək həlledici qarşılaşmalarına namizədlərin siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA 4 vacib oyuna 11 iddiaçını qeydə alıb.

Lakin bu ilkin siyahıdı və 2019-cu ilin fevralın 15-dək dəyişə də bilər. Ev sahiblərinin adları isə may və ya iyunda keçiriləcək UEFA-nın İcraiyyə Komitəsində bəlli olacaq.

2020/21 mövsümündə çempionlar Liqasının finalını keçirməyə Almaniyanın "Arena Münhen" və Rusiyanın Sankt Peterburq stadionu iddia edir.

Avropa Liqasının finalına üç namizəd var. Bunlar Avstriyanın paytaxtı Vyanadakı Ernst Happel Stadionu, Gürcüstanın Tiflis şəhərindəki Boris Payçadze adına "Dinamo Arena" və İspaniya Sevilyasıdı. Sonuncular stadionun adını hələ dəqiqləşdirməyib.

UEFA Superkubokunu şəhərində görmək istəyənlər daha çoxdu. Belarusun paytaxtı Minskin "Dinamo", Finlandiya Helsinkisinin Olimpiya stadionu, Şimali İrlandiyada Belfastın "Vindzor Park" və Ukrayna Xarkovunun "Metallist" stadionu Superkubokun iddiaçısıdı.

Qadınlar arasında çempionlar Liqasının finalını qəbul etməyə iki şəhər iddia edir. İsveçin Gotenburq şəhərindəki "Qamla Ullevi" və çexiyanın paytaxtı Praqanın "Eden Arena" stadionlarıdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest