Filip Kokunu istefaya göndərdikdən sonra baş məşqçi axtarışlarını sürətləndirən "Fənərbaxça" əcnəbi mütəxəssisə həvalə olunacaq. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub prezidenti Ali Koç yerli məşqçi ilə işləmək niyyətində deyil.

Onun gündəmindəki mütəxəssis də artıq bəllidi. Belə ki, Koç son olaraq "Bavariya"ya rəhbərlik etmiş Yupp Haynkeslə maraqlanır. 73 yaşlı çalışdırıcı təqaüdə çıxdığını açıqlasa da, "sarı-lacivərdlilər" onu fikrindən daşındırmağa çalışır.

Artıq Haynkesin alternativi də hazırdı. Əgər onunla razılıq əldə olunmasa, serbiyalı Sinişa Mixayloviçlə danışıqlara start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest