İtaliya A seriyasının təxirə salınmış matçında "Cenoa" üzərində qələbə qazanan (2:1) "Milan" turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Matç.az saytı xəbər verir ki, "rossonyerlər" aktivlərinə 3 xal yazdırsalar da, öz antirekordunu təkrarlayıb.

Belə ki, komanda ardıcıl 16-cı dəfə meydanı qol buraxaraq tərk edib. Sonuncu dəfə apreldə "Napoli" ilə görüşdə qapısının toxunulmazlığını qoruyan (0:0) Cennaro Qattuzonun yetirmələri həmin vaxtdan bəri 16 qarşılaşmanın hamısında mərkəzə dəvət olunub.

"Milan" bununla 1946-cı ildəki göstəricisini təkrarlayıb. Komanda həmin vaxt da ardıcıl 16 matçda qapısından qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest