"Real" vinger axtarışını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Neymardan əli üzülən "kral klubu" alternativ varianta keçib.

Madridlilər indi də "çelsi"nin hücumameyilli oyunçusu Kristian Pulişiçə "elçi düşüb". İspaniya təmsilçisi uzun müddətdi gündəmində olan 20 yaşlı futbolçunun keçidi üçün "çelsi"yə müraciət edib.

Qeyd edək ki, Pulişiç "çelsi"yə bu yay Dortmund "Borussiya"sından 64 milyon avro qarşılığında keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest