"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo "Bavariya"ya keçib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Almaniya klubu rəsmi saytı vasitəsilə yayıb.
Bildirilir ki, Münhen təmsilçisi Braziliya millisinin üzvünü 1 il müddətinə icarəyə götürüb. Klublar arasında razılığa əsasən, Bundesliqa çempionu ulduz futbolçunu birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, Koutinyo "Barselona"ya ötən il 120 milyon avro qarşılığında "Liverpul"dan keçib.