Transfer çalışmalarını davam etdirən "Fənərbaxça" daha bir müdafiəçiyə "elçi düşüb". Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "sarı-lacivərdlilər" "Mançester Yunayted"in arxa xətt oyunçusu Markos Roxonun keçidində qərarlıdı.

İstanbul nəhəngi Zankadan sonra argentinalı oyunçunu da gətirməklə müdafiənin mərkəzindəki problemi yoluna qoymaq niyyətindədi. "Everton"a keçidi baş tutmayan 29 yaşlı futbolçu "qırmızı şeytanlar"da qalmaq fikrində deyil və bu baxımdan "Fənər"in təklifinə müsbət yanaşır. Türklər onu ilk olaraq birillik icarəyə götürməyə çalışırlar.

Qeyd edək ki, Markos Roxo 2014-cü ildən "Mançester Yunayted"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest