UEFA Superkubokunda "çelsi" üzərində qələbə qazanan "Liverpul" İngiltərə Premyer Liqasının II turunda "Sauthempton" önünə itkilərlə çıxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Nabi Keytanın da qarşıdakı görüşü buraxacağı dəqiqləşib.

Bunu komandanın baş məşqçisi Yurgen Klopp açıqlayıb. O bildirib ki, Qvineya millisinin üzvü əzələ zədəsi ucbatından sabahkı qarşılaşmanı buraxacaq. 24 yaşlı orta sahə oyunçusu hazırda bərpa prosesi keçir.

Qeyd edək ki, "Liverpul"un qapıçıları Alisson Bekker və Adrian da hazırda zədəlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest