"Gənclərbirliyi"nin futbolçusu Mərt çətin "Roma"ya keçməyə yaxındı. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi paytaxt klubu ilə anlaşıb.

Mərtin bugünlərdə tibbi müayinədən keçmək üçün Romaya gedəcəyi bildirilir. Mərkəz müdafiəçisinin hazırkı klubu ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Qeyd edək ki, "Roma"da Türkiyə millisinin üzvü Cengiz ündər də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest