PSJ-nin hücumçusu Neymar "Barselona"ya qayıtmaqda israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bunun üçün fədakarlıq etməyə də hazırdı.

Belə ki, Paris klubunda illik maaşı 37 milyon avro olan "sambaçı" Kataloniya klubunda 23 milyon avro almağa razıdı. İspanlar onun transferi üçün danışıqları davam etdirir. Son təklif 100 milyon avro və 2 futbolçu olub.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest