"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir yenidən Fransaya qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə məlumatı yerli KİV yayıb.

Bildirilir ki, ötən mövsüm Liqa1-də sonuncu yeri tutaraq ikinci liqaya yuvarlanan "Genqam" Mərakeş əsilli futbolçunun xidmətində maraqlıdı. Vinger axtarışında olan "Genqam" "Nyort"da çıxış edən Valentin Yakobu istəsə də, tərəflər ortaq məxrəcə gələ bilməyib.

Genqamlılar bütün diqqətlərini artıq Zubirə yönəldiblər. Komanda Liqa2-yə uğurlu başlamadığından, "Qarabağ"ın oyunçusunun keçidini qısa müddətdə həll etmək niyyətindədi. Bu məqsədlə "Genqam" prezidenti Bertrand Desplat və klub rəsmisi Stefan Kornonun hazırda Azərbaycanda olduğu vurğulanır. Onlar "Qarabağ"la danışıqlar aparmaq və Zubirin transferini həll etməkdə qərarlıdılar.

Qeyd edək ki, "Qarabağ"a ötən ilin yayında "Lans"dan keçən Abdullah Zubirin ağdamlılarla müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest